İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində didərgin düşmüş fələstinlilərin olduğu çadırlara təşkil etdiyi hücumda biri uşaq olmaqla 3 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Yerli mənbələrdən əldə edilən məlumata görə, İsrail ordusu Xan Yunisin cənubunda didərgin düşmüş fələstinlilərin sığındığı çadırları hədəf alıb.
Hücumda bir uşaq da daxil olmaqla 3 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə də artilleriya atəşləri açıb və hərbi maşınlarla irəliləyərək hücumlarını davam etdirib.
Qəzza şəhərinin şərqində də didərgin düşmüş fələstinlilərin qaldığı çadırlara İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarından "yandırıcı bombalar" atılıb.
İsrail ordusu Tuffah məhəlləsində isə geridə qoyduğu partlayıcı yüklü hərbi maşını məsafədən idarə olunan mexanizmlə partladıb.
İsrail ordusu Qəzza zolağında 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, demək olar ki, hər gün bölgədə hücumlar təşkil edir.























