Kanadanın Baş naziri Mark Karni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 22-də Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran rəsmi internet səhifəsində paylaşım edib. B.Duran bu tarixi görüşün iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağı nəzərdə tutduğunu bildirib.
Görüşlər zamanı Türkiyə-Kanada münasibətləri nəzərdən keçiriləcək, əlaqələrin gücləndirilməsi üçün atılacaq addımlar, eləcə də aktual regional və qlobal məsələlər müzakirə olunacaq.
Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.






















