DÜNYA
1 dəqiqə oxuma
ABŞ Prezidenti Tramp İrana yeni ultimatum verdi
"Onlarla razılaşma əldə edim, yoxsa onları ortadan qaldırım? Yeganə sual sual budur"
ABŞ Prezidenti Tramp İrana yeni ultimatum verdi
(ARXİV) ABŞ Prezidenti Trampdan İrana yeni ultimatum

ABŞ Prezidenti Donald Tramp Tehrana yeni bir ultimatum ünvanlayaraq, ya İranla razılaşma imzalayacaqlarını, ya da bu ölkəni hərbi cəhətdən "məhv edəcəklərini" ifadə edib.

ABŞ-nin "Fox News" telekanalına danışan ABŞ Prezidenti Tramp yaxınlaşan 3 noyabr Konqresə aralıq seçkiləri ərəfəsində ölkəsinin xarici siyasətini qiymətləndirib.

İranla müharibədə istədikləri hər şeyi əldə etdiklərini müdafiə edən Tramp xüsusilə hərbi və iqtisadi cəhətdən Tehranın potensialını "məhv etdiklərini" irəli sürüb.

İrana yönəlmiş ultimatumlarına bir yenisini də əlavə edən Tramp deyib: "Onlarla razılaşma əldə edim, yoxsa onları məhv edim? Tək sual budur".

Hörmüz boğazının nəzarətinin tamamilə ölkəsində olduğunu müdafiə edən ABŞ Prezidenti,boğazdan müharibədən əvvəlki səviyyədə neft keçidini təmin etdiklərini irəli sürüb.

"Unutmayın, artıq Hörmüz boğazına biz nəzarət edirik. Onlar heç nə əldə edə bilmirlər, hər şeyi biz alırıq", -deyən Tramp İrana qarşı dəniz blokadasının da çox effektiv şəkildə davam etdiyini ifadə etdi.