TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə dövləti İordaniyada kilsəyə təşkil edilən hücumu pisləyib
Hadisə nəticəsidə 7 nəfər həlak olub, 27 adam isə yaralanıb
Türkiyə dövləti İordaniyada kilsəyə təşkil edilən hücumu pisləyib
Türkiyə dövləti İordaniyada kilsəyə təşkil edilən hücumu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərindəki kilsəyə təşkil edilən silahlı hücum hadisəsini kəskin şəkildə pisləyib.

Nazirlikdən məsələylə bağlı yazılı bəyanat verilib: "Hücumda həlak olanların yaxınlarına və İordaniya xalqına başsağlığı verir, yaralananlara təcili şəfa diləyirik. Ölkənin birliyini və dincliyini hədəf alan bu mənfur hücum qarşısında İordaniya ilə həmrəyliyimizi bir daha ifadə edirik."

Qeyd edək ki, İordaniyanın Kərək şəhərindəki kilsəyə təşkil edilən silahlı hücumda 7 nəfər həlak olub, 27 adam isə yaralanıb.

İordaniyanın Baş naziri Cəfər Həsən hücumda həlak olanların xatirəsinə ölkə miqyasında 3 günlük matəm elan edildiyini bildirib.

MƏNBƏ:TRT