DÜNYA
1 dəqiqə oxuma
Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb
Almaniyanın Aşağı Saksoniya əyalətinin Neustadt am Rübenberge şəhərində avtomobilin qəsdən insanların üzərinə sürülməsi nəticəsində azı dörd nəfər yaralanıb
Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb
Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb

Almaniyanın Aşağı Saksoniya əyalətinin Neustadt am Rübenberge şəhərində avtomobilin qəsdən insanların üzərinə sürülməsi nəticəsində azı dörd nəfər yaralanıb.

DPA agentliyinin Hannover polis sözçüsünə istinadən yaydığı məlumata görə, hadisə ötən gecə Hannover yaxınlığındakı şəhərdə baş verib.

Ərazidə olan polis əməkdaşları nəqliyyat vasitəsini dayandırmaq üçün atəş açıblar.

Şübhəlilər piyada olaraq ərazidən uzaqlaşıblar. Lakin polisin həyata keçirdiyi ilkin axtarış tədbirləri hələlik nəticə verməyib.

Polis hücumun qəsdən izdihama qarşı törədildiyini və 4-5 nəfərin xəsarət aldığını təsdiqləyib. Araşdırmalar davam edir.