TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan IX Vasitəçilik konfransının iştirakçılarına müraciət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən IX Vasitəçilik konfransının iştirakçılarına müraciət edib

Dövlət başçısı müraciətində qlobal münaqişələrin kəskinləşdiyi bir dövrdə diplomatiyanın həlledici roluna diqqət çəkib. R.T. Ərdoğan tərəflər arasında ümidlərin tükəndiyi anlarda belə Türkiyənin dialoqdan imtina etmədiyini bildirib.

"Dünya beşdən böyükdür" çağırışını bir daha xatırladan Türkiyə lideri BMT-nin mövcud strukturunu kəskin tənqid edib. O bildirib ki, Fələstin, Livan və Sudandakı milyonlarla insan BMT-nin fəaliyyətsizliyi ucbatından çətin vəziyyətdədir. R.T. Ərdoğan həmçinin qeyd edib ki, 190-dan çox ölkənin iradəsinin cəmi beş dövlətin insafına qaldığı bir sistemdə ədalətdən və etimaddan söz gedə bilməz.

Dövlət başçısı Türkiyənin beynəlxalq siyasətdə inamsızlığa əsaslanan yanaşmanı qəbul etmədiyini vurğulayıb. O, ən mürəkkəb münaqişələrdə belə diplomatiya üçün həmişə bir imkanın olduğunu bildirib.