ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
İsveçdə dövlət işçiləri "ChatGPT" və "Claude" süni intellekt vasitələrindən istifadə edə bilməyəcək
Qərarın iş kompyuterlərində məxfi məlumatların emalı ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən alındığı bildirilib
İsveçdə dövlət işçiləri "ChatGPT" və "Claude" süni intellekt vasitələrindən istifadə edə bilməyəcək
İsveçdə dövlət işçiləri "ChatGPT" və "Claude" süni intellekt vasitələrindən istifadə edə bilməyəcək

İsveçdə dövlət işçilərinin iş kompyuterlərində "OpenAI" şirkətinin "ChatGPT" süni intellekt vasitəsini və ABŞ mərkəzli süni intellekt şirkəti "Anthropic" tərəfindən hazırlanmış "Claude" modelinin versiyalarını istifadə etmələri qadağan edilib. Buna məxfi məlumatlarla bağlı təhlükəsizlik narahatlıqları səbəb olub.

İsveç hökumətindən verilən bəyanatda 2026-cı ilin əvvəlində aparılan bir araşdırma çərçivəsində süni intellekt platformalarının dövlət vəzifələrinin icrasında "problemli" istifadəyə yol açdığı nəticəsinə gəlindiyi qeyd edilib.

Bəyanatda hökumət əməkdaşlarının bundan sonrakı prosesdə iş kompyuterlərində "OpenAI"ın süni intellekt aləti "ChatGPT" və ABŞ mərkəzli süni intellekt şirkəti "Anthropic" tərəfindən hazırlanmış "Claude" modelinin versiyalarından istifadə etməyəcəkləri vurğulanıb.

Açıqlamada hökumət əməkdaşlarının süni intellektdən daha ciddi nəzarət çərçivəsində yararlana biləcəkləri ifadə olunub. Qaydaların bu həftədən etibarən qüvvəyə mindiyi diqqətə çatdırılıb.

MƏNBƏ:TRT