DÜNYA
1 dəqiqə oxuma
İsrail ordusu Əl-Xəlildə basqınlarını davam etdirir
İsrail ordusu artıq altı gündür ki, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində və ətrafında reydlər həyata keçirir
İsrail ordusu Əl-Xəlildə basqınlarını davam etdirir
İsrail ordusu Əl-Xəlildə basqınlarını davam etdirir

İsrail ordusu artıq altı gündür ki, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində və ətrafında reydlər həyata keçirir.

Zirehli texnika ilə şəhərə daxil olan İsrail hərbçiləri gecə saatlarında Əl-Xəlil yaxınlığındakı yaşayış məntəqələrinə və Əl-Fəvvar qaçqın düşərgəsinə basqın edib. Evlərdə axtarışlar aparılıb, şəhərin giriş-çıxışlarında təhlükəsizlik rejimi sərtləşdirilib.

Əl-Xəlil Bələdiyyəsinin məlumatına görə, davam edən hücumlar nəticəsində 4 969 fələstinli evlərini tərk etməli olub.

Ordunun şəhərə hücumları 23-də Fərş əl-Həva ərazisindəki nəzarət-buraxılış məntəqəsinə silahlı hücumdan sonra başlayıb. İki İsrail əsgərinin həlak olduğu, üçünün isə yaralandığı həmin insident zamanı hücumu törədən iki fələstinli də öldürülüb.

Hadisədən sonra İsrail ordusu Əl-Xəlildə əməliyyatların bir neçə gün davam edəcəyini açıqlayıb. Müdafiə naziri İsrael Kats şəhərdə HƏMAS-ın infrastrukturu tamamen ləğv edilənədək evindən didərgin düşən 2 minə yaxın fələstinlinin geri qayıtmasına icazə verilməyəcəyini bildirib.