TÜRKİYƏ
1 dəqiqə oxuma
Bu gün Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Oktyabrın 29-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Bu gün Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
TDT

Oktyabrın 29-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. 13-cü Türk Dövlətləri Təşkilatı Zirvə görüşü çərçivəsində təşkil olunacaq iclasa Türkiyənin xarici işlər naziri Hakan Fidan ev sahibliyi edəcək. Məlumata görə, təşkilata üzv ölkələrin xarici işlər nazirləri cari ildə Şuranın iclasında beşinci dəfə bir araya gələcəklər.

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında təşkilat daxilində əməkdaşlıq sahələri üzrə məsləhətləşmələrin və təşkilatın institusionallaşdırılması istiqamətində işlərin aparılması gözlənilir. Hakan Fidanın iclas çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Hakan Fidanın çıxışında Türk Dövlətləri Təşkilatı çətiri altında siyasi dialoqun və birgə fəaliyyət imkanlarının genişləndiyini, ortaq tarix, dil və mədəniyyət bağlarının konkret əməkdaşlığa çevrildiyini vurğulayacağı gözlənilir. Nazir həmçinin enerji, ticarət, investisiya, rəqəmsal transformasiya və müdafiə sənayesi sahələrində real nəticələr əldə etməyin, Asiya ilə Avropa arasında iqtisadi əlaqələri gücləndirən Orta Dəhlizi inkişaf etdirməyin vacibliyini diqqətə çatdıracaq. Hakan Fidan Əfqanıstandakı hadisələrin bölgənin təhlükəsizliyinə və sabitliyinə təsirindən də bəhs edəcək və bu məsələdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin birgə addım atmasının vacibliyini diqqətə çatdıracaq.

Qeyd edək ki, oktyabrın 29-30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü keçiriləcək.