Yəməndəki husilərin Səudiyyə Ərəbistanının şərq bölgəsinə atdığı 3 ballistik raket və 4 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasından verilən açıqlamada husilərin Səudiyyə Ərəbistanının şərq bölgəsinə ballistik raketlər atdığı qeyd edilib.
"Terrorçu husi silahlıları tərəfindən Səudiyyə Ərəbistanının şərq bölgəsinə tərəf atılan 3 ballistik raket məhv edildi" ifadələrinin yer aldığı açıqlamada ölkənin cənubunda müəyyən edilən 4 PUA-nın qarşısının alındığı və məhv edildiyi bildirilib.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi qısa müddət əvvəl Harc vilayəti və şərq bölgəsində erkən xəbərdarlıq sistemlərinin işə salındığını açıqlamışdı.
Yəməndəki İran tərəfindən dəstəklənən husilər bir müddətdir ki, Səudiyyə Ərəbistanında paytaxt Ər-Riyad və digər bir çox bölgəyə ballistik raketlər və PUA-larla hücumlar təşkil edirlər.





















