DÜNYA
1 dəqiqə oxuma
Pakistanda iki polis silahlı hücum nəticəsində həlak olub
Hadisə zamanı daha bir polis yaralanıb
Pakistanda iki polis silahlı hücum nəticəsində həlak olub
Pakistanda iki polis silahlı hücum nəticəsində həlak olub

Pakistanın şimal-qərb bölgəsində yerləşən Xeybər-Paxtunxva əyalətində peyvəndləmə heyətini qoruyan polislərə qarşı silahlı hücum törədilib. Hücum nəticəsində iki polis həlak olub, bir polis isə yaralanıb.

Rəsmilər hücumun məsuliyyətini hələlik heç bir qruplaşmanın üzərinə götürmədiyini diqqətə çatdırıblar.

 

Pakistandakı terror problemi

Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində intensivləşir.

Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirirlər.

İslamabad hakimiyyəti Pakistan Talibanı (TTP) qruplaşmasının Əfqanıstanda mövqeləndiyini və hücumlarını oradan təşkil etdiyini bildirir. Əfqanıstan rəhbərliyi isə bu iddiaları qəbul etmir.

Bəlucistanda isə "Bəlucistan Azadlıq Ordusu" (BLA) hücumlar törədir. Qeyd edək ki, bu qrupıaşma Bəlucistanın Pakistandan ayrılmasını və bəluc xalqının bu bölgəni idarə etməsini tələb edir.

MƏNBƏ:TRT