Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Tufan Erhürman deyib ki, Türkiyə ilə sıx məsləhətləşmə və əməkdaşlıq çərçivəsində adada ədalətli və davamlı həll yolu üçün çalışmağa davam edəcəyik.
Tufan Erhürman Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi Beştəpə Milli Sərgi Salonunda "Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik" mövzusunda keçirilən 13-cü Türk Dövlətləri Təşkilatının (TDŞ) Zirvə Toplantısında çıxış edib.
Prezident Erhürman ŞKTC-nin bütün səylərinin əsasının adada və bölgədə "sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi" olduğunu söyləyərək, Kıbrıs türk xalqının dünya ilə inteqrasiyasının və Kıbrısda həll yolu axtarışının bir-birini gücləndirən proseslər olduğunu vurğulayıb:
"Türkiyə ilə sıx məsləhətləşmə və əməkdaşlıq çərçivəsində adada ədalətli və davamlı həll yolu üçün çalışmağa davam edəcəyik. Şərqi Aralıq dənizinin gərginlik və təcrid siyasəti əvəzinə qarşılıqlı hörmətin, inklüziv əməkdaşlığın və ortaq rifahın hökm sürdüyü bir bölgəyə çevrilməsini istəyirik".






















