Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, tərəflər Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Dövlət başçısı R.T. Ərdoğan ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb. Türkiyə lideri həmçinin Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki prosesləri yaxından izlədiklərini, mövcud problemlərin diplomatiya yolu ilə həll etməyə çalışdıqlarını diqqətə çatdırıb. R.T. Ərdoğan rəsmi Ankaranın Ukrayna-Rusiya arasında diplomatik prosesin canlandırılmasına dəstək verməyə hazır olduğunu bir daha bəyan edib.
Donald Tramp isə öz növbəsində Prezident R. T. Ərdoğanı və türk xalqını 29 Oktyabr – Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, həmçinin Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün uğurla keçməsini arzulayıb.























