SİYASƏT
1 dəqiqə oxuma
İsmayıl Bəqayi regional məsələlərlə bağlı vacib bəyanatlar verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında cari regional məsələlərlə bağlı vacib bəyanatlar verib
İsmayıl Bəqayi regional məsələlərlə bağlı vacib bəyanatlar verib
İsmayıl Bəqayi regional məsələlərlə bağlı vacib bəyanatlar verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında cari regional məsələlərlə bağlı vacib bəyanatlar verib.

İ. Bəqayi bildirib ki, Tehranın təqdim etdiyi 7 mərhələli plan İranın son təşəbbüsüdür. O, istər vasitəçilər, istərsə də sentyabrda Nyu-York danışıqları zamanı ABŞ-yə çatdırılan şərtlərin aydın və məntiqli olduğunu vurğulayıb.

"Dəniz blokadası aradan qaldırılmadan və İranın tələbləri yerinə yetirilmədən Hörmüz boğazı açıla, təhlükəsizlik bərpa oluna və yekun razılaşma prosesinə başlanıla bilməz. Bu tələblərin icrası bölgədə sabitlik üçün mütləqdir. İndi qərar vermək növbəsi ABŞ-dadır’’,- deyə İ.Bəqayi qeyd edib.

İ.Bəqayi vurğulayıb ki, 7 mərhələli plan İranın sülhməramlı addımıdır. O bildirib ki, şərtlər yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazı açılacaq və danışıqlar prosesi başlayacaq. O, iki ölkə arasında əlaqələrin vasitəçilər vasitəsilə davam etdiyini, xarici işlər nazirinin müavini Kazım Qəribabadinin danışıqları asanlaşdırmaq üçün Qətərdə olduğunu diqqətə çatdırıb.