Venesuela Silahlı Qüvvələrinin Kolumbiya üsyançılarına məxsus düşərgəyə endirdiyi hava zərbəsi nəticəsində ən azı 19 nəfər həlak olub.
"FundaRedes" insan hüquqları təşkilatının koordinatoru Xuan Fransisko Qarsiya bildirib ki, hərbi əməliyyat Milli Azadlıq Ordusunun (ELN) sığınacağına qarşı yönəlib.
Kolumbiya hakimiyyəti illərdir Karakas rəhbərliyini ELN və digər üsyançı qruplaşmalara sığınacaq və logistik dəstək verməkdə ittiham edir. ELN FARC-ın 2016-cı ildə sülh sazişi imzalamasından sonra regionda ən təhlükəli silahlı qrup hesab olunur.
Qeyd olunub ki, hərbi əməliyyat keçmiş prezident Nikolas Maduronun qaçırılmasından sonra Karakasın Vaşinqton tərəfindən ciddi diplomatik və iqtisadi təzyiqlərə məruz qaldığı dövrə təsadüf edir.



















