DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzaya hücumları nəticəsində daha 7 fələstinli həlak oldu
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlar nəticəsində 7 fələstinli həyatını itirib, çox sayda mülki şəxs yaralanıb.
İsrailin Qəzzaya hücumları nəticəsində daha 7 fələstinli həlak oldu
İsrailin Qəzzaya hücumları nəticəsində daha 7 fələstinli həlak oldu

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlar nəticəsində 7 fələstinli həyatını itirib, çox sayda mülki şəxs yaralanıb. Səhiyyə mənbələrinin məlumatına görə, İsrail qüvvələri Qəzzanın cənubundakı Xan Yunis, şimaldakı Qəzza şəhəri və mərkəzdəki Deyr əl-Bəlah bölgələrini hədəf alıb.

Hücumlar zamanı Xan Yunisin Batn əs-Samin və əl-Məvasih ərazilərində Əhməd Məhəmməd Bureyke, Əsəd Süleyman Qişta, Mahmud Cihad Kuffa və Yusif Əbu Yunus həlak olub, 10 yaşlı uşaq da daxil olmaqla bir neçə nəfər yaralanıb. Qəzza şəhərinin Tel əl-Hava məhəlləsində bir avtomobilin vurulması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb, Zeytun məhəlləsində isə bombardman nəticəsində 3 nəfər xəsarət alıb. Oktyabrın 25-də xəsarət alan Məhəmməd Bərəkət Əbu Qaynas da aldığı yaralardan vəfat edib. Deyr əl-Bəlahın şərqində İbrahim bin Səid həlak olub, əl-Məsdər kəndində binaların partladılması fələstinlilərin kütləvi köçünə səbəb olub.

Məlumata görə, 2025-ci ilin oktyabrında elan edilən atəşkəsdən bəri İsrailin törətdiyi hücumlarda 1 593 nəfər həyatını itirib, 5 748 nəfər yaralanıb, dağıntılar altından 847 cəsəd çıxarılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından bu yana Qəzzada ümumilikdə 74 609-a nəfər həlak olub, 175 872 adam da yaralanıb.