TÜRKİYƏ
2 dəqiqə oxuma
''TRT World Forum-2026'' öz işinə başladı
2017-ci ildən bəri təşkil edilən və dünyanın müxtəlif ölkələrindən tanınmış simaları bir araya gətirən ''TRT World Forum''u qlobal dialoqa töhfə verməkdə davam edir.
''TRT World Forum-2026'' öz işinə başladı
TRT World Forum-2026 öz işinə başladı

2017-ci ildən bəri təşkil edilən və dünyanın müxtəlif ölkələrindən tanınmış simaları bir araya gətirən ‘‘TRT World Forum’’u qlobal dialoqa töhfə verməkdə davam edir.

İstanbul Konqres Mərkəzində öz işinə başlayan və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı forumda alimlər, jurnalistlər, idmançılar, sənətçilər, siyasətçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri qlobal miqyasda ən aktual məsələləri müzakirə edəcəklər.

Forumun ilk günündə Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran və TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı açılış nitqi ilə çıxış edəcəklər.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın tədbir çərçivəsində keçiriləcək panellərdə çıxış edəcəklər.

Forumda bu il də dünyada dəyişən güc və liderlik balansı müzakirə ediləcək.

Həm qlobal, həm də regional prioritetlərin diqqət mərkəzində olacağı forumda süni intellekt, enerji böhranları, beynəlxalq hüquq və iqtisadiyyat kimi aktual mövzular nəzərdən keçiriləcək.

Proqram çərçivəsində "Türkiyə: Regional gücdən regionlararası aktyora", "Yüksək riskli diplomatiyanın qayıdışı: Orta güclər və inkişaf edən çoxqütblü nizam", "Beynəlxalq sistemdə Amerika paradoksu", "Çətin bərpa mərhələsi: Yaxın Şərqdə müharibədən sonrakı milli iqtisadiyyatlar", "Beynəlxalq hüquq və humanitar böhranın kəsişməsində Qəzza", "Əlaqələrin yeni geosiyasəti: Dəniz marşrutları, çətinliklər və dəhlizlər", "Alqoritmlər dövründə nəzarət kimdədir? Korporasiyalar, dövlətlər və vətəndaşlar", "Enerji böhranlarının fəsadları: Təzyiq altındakı qurumlar" və "Süni intellekt dövründə məsuliyyətin idarə edilməsi" mövzularında sessiyalar təşkil olunacaq.

Bundan başqa, Asiya-Sakit okean regionundakı təhlükəsizlik dinamikasından Avrasiya modelinə, Rusiya-Ukrayna müharibəsindən Afrikadakı diplomatiya və geoiqtisadiyyata qədər bir çox məsələ mütəxəssislərin iştirakı ilə keçiriləcək dəyirmi masa müzakirələrində gündəmə gələcək.