Dmitriy Peskov Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyü ilə bağlı açıqlamalar verib.
D.Peskov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın da təşkilata qoşulması istiqamətində addımlar atılmasının vacibliyi barədəki fikirlərinə münasibət bildirib. Mətbuat katibi Rusiyanın TDT-də yer almasının məntiqəuyğun olacağını vurğulayıb.
Rusiyada türk mənşəli xalqların yaşadığı çoxlu sayda bölgənin olduğuna diqqət çəkən D.Peskov deyib: "Rusiyanın Türk Dövlətləri Təşkilatının fəaliyyətində iştirak etməsi məqsədəuyğun olacaq. Burada Rusiyanın müəyyən regionlarının deyil, bütövlükdə Rusiyanın iştirakından söhbət gedir".
D.Peskov məsələ ilə bağlı hələlik rəsmi dəvət almadıqlarını bildirib. O, mövzunun Qazaxıstan ilə aparılacaq təmaslar çərçivəsində gündəmə gələcəyini diqqətə çatdırıb.



















