Amerikalı senator Berni Sanders ölkəsinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları "qanunsuz və konstitusiyaya zidd" adlandıraraq sərt tənqid edib.
CNN-ə müsahibə verən senator noyabrın 3-də keçirilən aralıq seçkilərində uğur qazanan Demokratların növbəti addımlarını qiymətləndirib. O, konqresmenləri daha qətiyyətli davranmağa çağırıb.
28 fevraldan bəri davam edən İran münaqişəsinə toxunan senator bildirib ki, Demokratlar hərbi əməliyyatları dayandırmaq üçün təkcə müvafiq qətnamələr qəbul etməklə kifayətlənməməli, həm də müharibənin maliyyə dəstəyini dayandırmalıdırlar.
ABŞ-nin başlatdığı bu müharibənin hüquqi əsası olmadığını vurğulayan Sanders hərbi əməliyyatlar nəticəsində 19 amerikalı hərbçinin həyatını itirdiyini, İranda və qonşu ölkələrdə isə minlərlə dinc sakinin həlak olduğunu xatırladıb.
Senator qeyd edib ki, yüz milyardlarla dollara başa gələn hərbi kampaniya ölkə daxilində də ciddi sosial-iqtisadi fəsadlar törədib.






















