"Ən çox üstünlük verilən şirkətlər sorğusu 2026"nın nəticələrinə görə, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) müdafiə sənayesi sektorunda gənclərin işləmək üçün ən çox üstünlük şirkət seçilib. Şirkətdən verilən açıqlamaya görə, "Realta Consulting" tərəfindən bu il 17-ci dəfə təşkil edilən sorğuda 98 mindən çox universitet tələbəsi və təxminən 40 min gənc mütəxəssis daxil olmaqla, ümumilikdə 137 mindən çox insan iştirak edib.
Sorğu çərçivəsində iştirakçılar şirkətləri liderlik tərzi, karyera və inkişaf imkanları, təlim proqramları, korporativ mədəniyyət, əməkhaqqı, sosial təminatlar və iş mühiti kimi mühüm meyarlar əsasında qiymətləndiriblər. TUSAŞ əldə etdiyi yüksək xallarla ilk dəfə müdafiə sənayesi sektorunun zirvəsinə yüksələrək gənclərin karyera hədəflərində ən çox üstünlük verdiyi şirkət olub.
Uğurlu fəaliyyəti sayəsində TUSAŞ bütün sektorları əhatə edən "Türkiyənin ən yaxşı 200 şirkəti" siyahısında da böyük sıçrayış əldə edib. Şirkət ötən illə müqayisədə 12 pillə irəliləyərək ümumi reytinqdə 6-cı yerdə qərarlaşıb.
Milli aviasiya, kosmos və müdafiə texnologiyaları sahəsində həyata keçirdiyi nəhəng layihələrlə diqqət çəkən TUSAŞ özünəməxsus platformaları və yüksək texnologiyaya əsaslanan iş mühiti ilə gənc mühəndislər və mütəxəssislər üçün cəlbedici karyera mərkəzi statusunu qorumaqda davam edir.
















