İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin İrana yeni hücumlarından sonra strateji əhəmiyyətlə malik Hörmüz boğazının "bütün gəmilər üçün bağlandığını"elan edib.
İran İnqilab Keşikçiləri Korpusu iyunun 10-da rəsmi “Telegram” kanalında verdiyi açıqlamada bildirib: “Dərhal qüvvəyə minməklə, bölgədəki təhlükəsizlik səbəblərinə görə, Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla bütün gəmilər üçün bağlanmış hesab edilir. Boğazdan keçməyə cəhd edən hər hansı gəmi hədəfə alınacaq”.
Müharibə səbəbindən bir neçə aydır ki, bu kritik su yolu məhdudlaşdırılıb. !JPMorgan”ın maliyyə məlumatlarına görə, boğaz vasitəsilə görünən gəmi trafiki müharibə öncəsi səviyyələrin cəmi təxminən 15 faizinə düşüb.
Münaqişə başladığından bəri İran davamlı olaraq SEPAH-dan açıq icazə almayan hər hansı bir gəminin vurulacağı ilə hədələyib.
Keçən ay seçilmiş yarımhərbi qüvvə strateji boğazdan keçmək istəyən beynəlxalq ticarət gəmiləri üçün sərt yeni qaydalar və protokollar da açıqlamışdı.
Tam blokada
İnqilab Keşikçilərinin tam blokada elanı təşkilatın "Amerika təcavüzünün davam etdiyini" qiymətləndirməsindən və ABŞ-nin İranın cənubundakı Hörmüzqan əyalətinə son hücumlarından sonra edilib.
SEPAH, həmçinin ticarət gəmilərinin su yolu ilə təhlükəsiz keçidinin davam etdiyini iddia edən ABŞ bəyanatlarını qəti şəkildə rədd edib.
Həmin əhvalatlar İran mediasının Bəndər Abbas, Minab, Cask, Qeşm və Sirik daxil olmaqla ölkənin cənub hissələrində genişmiqyaslı partlayışlar, güclü hava müdafiəsi fəaliyyətləri və qəfil hava zərbələri barədə xəbər verməsindən sonra baş verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bir qədər əvvəl Amerika qüvvələrinin İran daxilində bir neçə hərbi hədəfə əlavə zərbələr endirdiyini elan etmişdi.







