DÜNYA
1 dəqiqə oxuma
İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqladı
İran Parlamentinin sədr müavini Əli Nikzad ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasəti ilə bağlı sərt bəyanatla çıxış edib
İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqladı
İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqladı

İran Parlamentinin sədr müavini Əli Nikzad ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasəti ilə bağlı sərt bəyanatla çıxış edib. ISNA xəbər agentliyinin məlumatına görə, parlamentdə çıxış edən Nikzad bildirib ki, Vaşinqtonun sanksiyaları İran xalqının dolanışığını çətinləşdirərsə, bu, təkcə ABŞ-nin deyil, onunla əməkdaşlıq edən ölkələrin də iqtisadi maraqlarını təhlükəyə atacaq.

Təzyiqlər qarşısında geri çəkilməyəcəklərini, ölkənin milli təhlükəsizliyini və maraqlarını qətiyyətlə qoruyacaqlarını vurğulayan sədr müavini düşmənlərin tam iqtisadi blokada planlarının puç olacağını qeyd edib. O bildirib ki, Amerika bilməlidir ki, İran milləti bu cür təzyiqlərə təslim olmayacaq, öz düşmənlərini cəzalandıracaq və onların iqtisadi maraqlarına ciddi zərbə vuracaq.

Əli Nikzad həmçinin qeyd edib ki, əgər İran xalqının iqtisadi imkanları daha da məhdudlaşdırılarsa, Tehran rəhbərliyi düşmən ölkələrin və onların tərəfdaşlarının da rifah içində yaşamasına icazə verməyəcək.