SİYASƏT
1 dəqiqə oxuma
ABŞ senatorları D.Trampın İranı hədələməsini pisləyiblər
ABŞ senatoru Kris Merfi Prezident Donald Trampın İrana qarşı sərtləşən təhdidlərini kəskin pisləyərək mülki infrastrukturun hədəf alınmasının "hərbi cinayət" olduğu barədə xəbərdarlıq edib
ABŞ senatorları D.Trampın İranı hədələməsini pisləyiblər
ABŞ senatorları D.Trampın İranı hədələməsini pisləyiblər / Reuters
7 saat əvvəl

ABŞ senatoru Kris Merfi Prezident Donald Trampın İrana qarşı sərtləşən təhdidlərini kəskin pisləyərək mülki infrastrukturun hədəf alınmasının "hərbi cinayət" olduğu barədə xəbərdarlıq edib. Senator Kris Merfi Respublikaçı partiya rəhbərliyini hərəkətə keçməyə çağırıb.

Xatırladaq ki, Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı təqdirdə İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirəcəyi ilə bağlı xəbərdarlıq edib. Tənqidçilər bu cür hücumların mülki əhalinin həyatını məhv edəcəyini və minlərlə insanın ölümünə səbəb açacağını bildirirlər. Senator K.Merfi qeyd edib ki, infrastrukturun məhv edilməsi həm hərbi məqsədlərə xidmət etmir, həm də beynəlxalq hüquqa görə açıq-aşkar cinayət hesab olunur.

Trampın ritorikasına digər nüfuzlu qanunvericilər də etiraz bildiriblər. Senator Berni Sanders və Senatdakı çoxluğa rəhbərlik edən Çak Şumer prezidentin bəyanatlarını pisləyib, senator Elissa Slotkin isə bu hərəkətlərin silahlı münaqişə qanunlarının birbaşa pozulması demək olduğunu xatırladıb. Nümayəndələr Palatasının üzvü Yasəmin Ənsari bu sözləri milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib, Marcori Teylor Qrin isə bu strategiyanın strateji hədəflərə çatmaq əvəzinə yalnız mülki İran vətəndaşlarına zərər verəcəyini bildirib.