İDMAN
2 dəqiqə oxuma
İraq milli komandası 40 illik Dünya Çempionatı həsrətinə son qoydu
Boliviyanı 2:1 hesabı ilə məğlub edən İraq millisi ölkələrini FIFA Dünya Çempionatı 2026 turnirində təmsil edəcək
İraq milli komandası 40 illik Dünya Çempionatı həsrətinə son qoydu
İraq milli komandası 40 illik Dünya Çempionatı həsrətinə son qoydu / Reuters
7 saat əvvəl

İraq milli komandası martın 31-də Meksikada keçirilən pley-off mərhələsində Boliviya millisini 2:1 hesabı ilə məğlub edərək qitələrarası Dünya Çempionatına vəsiqə qazanan 48-ci və son komanda olub. Bu qələbə ilə İraq 1986-cı ildən bəri ilk dəfə final mərhələsinə yüksəlmək hüququ əldə edib.

Əli əl-Həmadi və komandanın kapitanı Eymən Hüseynin qolları Yaxın Şərqdə davam edən münaqişələr səbəbindən hazırlıqları çətin keçən İraq millisi üçün tarixi qələbəni təmin edib.

Regional qeyri-sabitlik səbəbindən oyunun təxirə salınmasını istəyən İraq millisinin baş məşqçisi Qrehem Arnold komandasının yorğunluq və logistika çətinliklərinə baxmayaraq əldə etdiyi bu qələbəyə çox sevinib.

Qeyd edilir ki, İraq millisi bu qarşılaşma üçün ilk başda Bağdaddan İordaniyaya quru yolu ilə keçid ediblər. Daha sonra isə Meksikaya qədər üç gün davam edən yorucu səfərdən sonra oyuna çıxıblar.

 

Güclü iradə öz bəhrəsini verdi

İraq milli komandası yorğunluğa baxmayaraq oyuna inamla başlayaraq cəmi doqquzuncu dəqiqədə hesabı açmağı bacarıb. Yarımmüdafiəçi Əmir əl-Ammari qazandığı künc zərbəsini dəqiq baş zərbəsi ilə qola çevirib.

Boliviya yığma komandası isə ilk hissənin sonlarında Moises Paniaquanın qolu ilə hesabı bərabərləşdirərək oyunu taraz vəziyyətə gətirib.

Lakin ikinci hissənin səkkizinci dəqiqəsində oyuna sonradan daxil olan Marko Louk-Farci E.Hüseynin ötürməsini sakit və dəqiq zərbə ilə tora göndərərək İraq millisini yenidən hesabda  önə çıxarıb.

İraqın müdafiə xətti əlavə vaxt dəqiqələrində də möhkəm dayanaraq tarixi qələbəni qoruyub saxlamağı bacardılar.

Qeyd edək ki, İraq milli komandası 2026 Dünya Çempionatında 1-ci qrupda Fransa, Seneqal və Norveç kimi güclü komandalarla qarşılaşacaq.

Martın 31-də əldə edilən bu qələbə müharibə və məcburi köçkünlük səbəbindən çətinliklər yaşayan bir ölkə üçün təkcə futbol uğuru deyil, həm də birlik və qürur rəmzi hesab olunur.

MƏNBƏ:TRT