Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran Prezident Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcəyini bildirib.
B.Duran sosial şəbəkə hesabında etdiyi açıqlamada deyib:
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək. Bu məqsədlə o, 31 avqust–1 sentyabr 2026-cı il tarixlərində Bişkekdə səfərdə olacaq. Səfər çərçivəsində möhtərəm Prezidentimiz 1 sentyabr çərşənbə axşamı günü geniş tərkibdə keçiriləcək Sammit iclasında çıxış edəcək. O, həmçinin liderlərlə ikitərəfli görüşlər keçirəcək."





















