Türkiyə Statistika İnstitutu və Ticarət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində tərtib edilən iyul ayı üçün ilkin xarici ticarət məlumatları açıqlanıb.
Yayılan məlumata görə, Ümumi Ticarət Sistemi (GTS) çərçivəsində ixrac iyul ayında ötən ilin müvafiq ayı ilə müqayisədə 2,9 faiz artaraq 25,623 milyard dollara, idxal isə 5,1 faiz artaraq 32,966 milyard dollara çatıb.
Xarici ticarət kəsiri iyul ayında illik müqayisədə 13,6 faiz artaraq 6,463 milyard dollardan 7,343 milyard dollara yüksəlib.
2025-ci ilin iyul ayında 79,4 faiz olan ixrac-idxal nisbəti ötən ay 77,7 faizə düşüb. Yanvar-iyul aylarında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 161 milyard 539 milyon dollara, idxal isə 4,7 faiz artaraq 222 milyard 85 milyon dollara çatıb.





















