Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyəyə məxsus 11 gəminin Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini açıqlayıb. Nazir A.Uraloğlu rəsmi internet səhifəsində etdiyi paylaşımda rəsmi Ankaranın Hörmüz boğazı və Körfəz regionundakı prosesləri anbaan yaxından izlədiyini, bölgədəki gəmilər və Türkiyə vətəndaşları ilə daimi təmasda olduğunu bildirib.
Hazırda gərginlik zonasında Türkiyəyə məxsus daha 7 gəminin olduğu bildirən A. Uraloğlu bu gəmilərdə ümumilikdə 177 Türkiyə vətəndaşının çalışdığı qeyd edilib. Həmin gəmilərdən birinin Türkiyə bayrağı altında üzdüyünü vurğulayan nazir A. Uraloğlu dövlətin hər bir ssenaridə öz vətəndaşlarının və dəniz nəqliyyat vasitələrinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görməyə davam edəcəyini diqqətə çatdırıb.
Xatırladaq ki, bölgədəki hərbi gərginlik İranın İsrail, İraq və Körfəz ölkələrindəki ABŞ-yə məxsus hərbi və maliyyə obyektlərinə qarşı həyata keçirdiyi PUA və raket hücumlarından sonra kəskinləşib. Bu gərginlik fonunda rəsmi Tehran Hörmüz boğazında gəmilərin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq edib.
Qeyd edək ki, Hörmüz boğazı dünya miqyasında ən strateji dəniz keçidlərindən biri hesab olunur.
















