Fələstin dövlət başçısı Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11–13 avqust tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Səfər barədə məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında paylaşıb. B. Duran bəyan edib ki, Fələstin dövlət başçısının səfəri çərçivəsində avqustun 12-də yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub. Danışıqlar zamanı Fələstindəki son vəziyyət, iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional proseslər ətraflı müzakirə olunacaq.



















