Polşanın “TVP World” yayım şirkətinin verdiyi məlumata görə, NATO və ABŞ-nin rəhbərliyi ilə keçirilən hərbi-dəniz təlimləri ötən illə müqayisədə məhdudlaşdırılmış qüvvələrlə bu həftə Baltik dənizində başlayacaq.
Alman briqada generalı Stefan Haiş deyib: “Bu dövrdə ABŞ-nin rəhbərliyi və NATO-nun geniş iştirakı ilə böyük bir təlimin keçirilməsi ittifaqın gücünün göstəricisidir.
İyunun 4-dən 20-nə qədər davam etməsi planlaşdırılan BALTOPS təlimində 15 ölkədən təxminən 20 gəmi və 6 000 şəxsi heyət iştirak edəcək. Bu, ötən ilki təlimlərin təxminən yarısı qədərdir.
Rəsmilərin bildirdiyinə görə, miqyasın kiçildilməsi Yaxın Şərq və Arktikadakı yerləşdirmələr də daxil olmaqla, digər bölgələrdə davam edən əməliyyat öhdəliklərini əks etdirir.
Buna baxmayaraq, təlimin bu il Baltik dənizindəki ən böyük dəniz manevri olacağı gözlənilir.
Əməliyyatlar Baltikyanı bölgənin qərbindən başlayacak və daha sonra şərqə, İsveçin Qotland adası ətrafındakı zonaya doğru yerini dəyişəcək.
S.Haiş dəniz kommunikasiya xətlərinin qorunmasının həm hərbi loqistika, həm də kommersiya dəniz daşımaları üçün mərkəzi vəzifə olaraq qaldığını söyləyib.
O, həmçinin davam edən gərginliyə rəğmən, Rusiyanın NATO-nun kollektiv müdafiə müddəası kimi tanınan 5-ci maddəsini işə salacaq addımlar atacağını gözləmədiyini vurğulayıb.
















