DÜNYA
1 dəqiqə oxuma
ABŞ İran mövqelərinə hava zərbələri endirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftəsonu İranın Qoruk şəhəri və Qeşm adasındakı radar sistemləri ilə hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib
ABŞ İran mövqelərinə hava zərbələri endirib
ABŞ İran mövqelərinə hava zərbələri endirib / AP

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftəsonu İranın Qoruk şəhəri və Qeşm adasındakı radar sistemləri ilə hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. CENTCOM-un "X" səhifəsində edilən paylaşımda bu əməliyyatın beynəlxalq hava məkanında ABŞ-a məxsus "MQ-1" tipli pilotsuz uçuş aparatının vurulması da daxil olmaqla, İranın təcavüzkar addımlarına cavab olaraq həyata keçirildiyi bildirilib. Əməliyyat zamanı heç bir Amerika hərbçisinin xəsarət almadığı vurğulanaraq, ABŞ-ın qüvvədə olan atəşkəs rejiminə baxmayaraq öz maraqlarını və hərbi aktivlərini qorumağa davam edəcəyi diqqətə çatdırılıb.

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin hava hücumundan müdafiə sistemlərinin hazırda raket və pilotsuz təyyarə hücumlarına qarşı fəal mübarizə apardığını açıqlayıb. Rəsmi bəyanatda qeyd olunub ki, bölgədə eşidilən partlayış səsləri havaya atılan düşmən sursatlarının müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi səbəbindən baş verib.