DÜNYA
1 dəqiqə oxuma
İsrailin ifrat sağçı deputatı fələstinlilərə məxsus bir abidəni dağıtdı
İsrailin ifrat sağçı deputatı Zvi Sukkot və tərəfdarları işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərindəki Madama kəndinə basqın ediblər
İsrailin ifrat sağçı deputatı fələstinlilərə məxsus bir abidəni dağıtdı
İsrailin aşırı sağçı deputatı fələstinlilərə məxsus bir abidəni dağıtdı

İsrailin ifrat sağçı deputatı Zvi Sukkot və tərəfdarları işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərindəki Madama kəndinə basqın ediblər. Səhər saatlarında baş verən insident zamanı Fələstinə aid abidə çəkiclə dağıdılib.

Sukkot və tərəfdarları abidəni dağıdan zaman silahlı İsrail əsgərləri yolu bağlayaraq onların təhlükəsizliyini təmin ediblər.

Rəsmi internet səhifəsində paylaşım edən Sukkot hücumu müdafiə edib və bu kimi hücumların davam edəcəyini bildirib.

Qeyd edək ki, ifrat sağçı deputatın bu ilk təxribatı deyil. Bu ilin 15 iyul tarixində Sukkot işğal altındakı Şərqi Qüdsün Köhnə şəhər hissəsində yerləşən Fələstin məktəbinə basqın etmişdi. Təxminən iki həftə əvvəl isə onun təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Rahat şəhərinə səfəri yerli sakinlərin kəskin etirazına səbəb olmuş, sakinlər onu açıq şəkildə təxribatçı adlandırmışdılar.