TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında telefon danışığı olub
Tərəflər söhbət zamanı ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Aparatının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər. Prezident R.T.Ərdoğan Ankara ilə İrəvan arasındakı normallaşma prosesinin birbaşa ticarətin başlanmasına yönəlmiş addımlarla uğurla davam etdiyini bildirib. O, Türkiyənin regionda dayanıqlı sülh və sabitliyin təmin olunması üçün çalışdığını və bu istiqamətdəki təşəbbüsləri hər zaman dəstəkləyəcəyini vurğulayıb. Nikol Paşinyan söhbət zamanı Prezident R.T.Ərdoğanı və Türk xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, 1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Ankara Ermənistan ilə sərhədlərini bağlamış və diplomatik əlaqələri kəsmişdi. İki ölkə arasında 2022-ci ildən yenidən başlayan normallaşma prosesi çərçivəsində əlaqələrin bərpası üçün bir sıra mühüm addımlar atılıb. Bu addımlar sırasına İstanbul və İrəvan arasında birbaşa aviareyslərin bərpası, diplomatik pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi və birbaşa ticarət əlaqələri üçün bürokratik maneələrin aradan qaldırılması daxildir.

Hazırda Türkiyənin İğdır vilayətini Ermənistan ilə birləşdirən Əlican-Marqara sərhəd-keçid məntəqəsində infrastruktur işlərinin təxminən 90 faizi tamamlanıb. Bundan əlavə, tərəflər ortaq sərhəddə yerləşən tarixi Ani körpüsünün bərpası barədə də razılığa gəliblər ki, diplomatlar bu addımı həm simvolik, həm də praktiki baxımdan mühüm irəliləyiş kimi qiymətləndirirlər.