TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan “Apple” şirkəti idarə heyətinin sədri Tim Kuku qəbul edib
“Apple” Türkiyəyə uzunmüddətli sərmayə qoyacağını bəyan edib
Prezident R.T.Ərdoğan “Apple” şirkəti idarə heyətinin sədri Tim Kuku qəbul edib
Prezident R.T.Ərdoğan “Apple” şirkətinin idarə heyətinin sədri Tim Kuku qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan “Apple” şirkətinin idarə heyətinin sədri Tim Kuku qəbul edib.

Prezident Sarayında baş tutan qəbul mətbuata qapalı keçirilib.

Ölkə başçısı R.T.Ərdoğan rəsmi sosial şəbəkə hesabından görüşlə bağlı etdiyi paylaşımda deyib:

“Bu gün “Apple” şirkətinin idarə heyətinin sədri Tim Kuk ilə keçirdiyimiz görüşdə qlobal miqyasda rəqəmsal texnologiyanın gələcəyini müzakirə etdik. Eyni zamanda “Apple”ın Türkiyədəki rəqəmsal tətbiq iqtisadiyyatına göstərdiyi dəstəyi də nəzərdən keçirdik. Görüşümüzün Türkiyə və “Apple” şirkəti üçün xeyirli olmasını arzulayıram.”

Digər tərəfdən, ABŞ-nin texnologiya nəhəngi “Apple” Türkiyəyə uzunmüddətli sərmayə qoyacağını bildirib. Şirkət bu addımı yeni nəsil məzmun istehsalçılarını, innovativ sahibkarları və istehsalçıları dəstəkləmək məqsədilə atır. Qərar həmçinin Türkiyənin beynəlxalq tətbiqetmə tərtibatı sahəsində aparıcı mərkəzlərdən birinə çevrilməsinə kömək etmək niyyəti daşıyır.

MƏNBƏ:TRT