TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan İndoneziyaya rəsmi səfər edib
Türkiyə İndoneziyanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir
Hakan Fidan İndoneziyaya rəsmi səfər edib
Hakan Fidan İndoneziyaya rəsmi səfər edib / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyaya rəsmi səfər edib. Paytaxt Cakartada indoneziyalı həmkarı Sugiono tərəfindən qarşılanan Hakan Fidanın keçirəcəyi görüşlərdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ticarət və müdafiə əlaqələrinin gücləndirilməsi, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə İndoneziyanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki dövlət arasında diplomatik münasibətlər 1950-ci ildə qurulub, Türkiyənin Cakartadakı səfirliyi isə 1957-ci ildə fəaliyyətə başlayıb. Tarixi bağlara söykənən əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 liderlər sammiti çərçivəsində Baliyə səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb.