SİYASƏT
1 dəqiqə oxuma
İran XİN rəhbəri Abbas Əraqçi: “Həm müharibədə, həm də diplomatiyada qalib gəldik”
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ və İsrailə qarşı müharibədə qalib gəldiyini bəyan edib
İran XİN rəhbəri Abbas Əraqçi: “Həm müharibədə, həm də diplomatiyada qalib gəldik”
(ARXİV) İran Xarici İşlər Naziri Əraqçi: "Həm müharibəni, həm də diplomatiyanı qazandıq"

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ və İsrailə qarşı müharibədə qalib gəldiyini bəyan edib. İRNA agentliyinin məlumatına görə, nazir Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxış edərkən İranın öz məğlubedilməzliyini nümayiş etdirdiyini bildirib.

Əraqçi xarici ölkə rəsmilərinin də Tehranın həm hərbi, həm də diplomatik sahədəki uğurlarını etiraf etdiklərini vurğulayıb: "Heç kim İranın ABŞ ilə bu cür mübarizə aparacağını və nəticədə düşməni danışıqlar masasına oturmağa məcbur edəcəyini gözləmirdi".

ABŞ Prezidenti Donald Trampın müharibənin başlanğıcında İrandan qeyd-şərtsiz təslim olmağı tələb etdiyini xatırladan nazir vaxt keçdikdən sonra rəsmi Vaşinqtonun dialoq üçün müraciət etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.

A.Əraqçi deyib: "İran xalqı diplomatiyada öz hüquqlarını necə müdafiə edəcəyini göstərdi. Bir çox xarici rəsmi şəxs də mene ‘'Siz həm müharibədə, həm də diplomatiyada qalib gəldiniz’’ deyə etiraf edir".