DÜNYA
1 dəqiqə oxuma
Rusiya 1000 ukraynalı hərbçinin nəşini təhvil verib
Bu barədə məlumatı Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Mərkəzi təsdiqləyib
Rusiya 1000 ukraynalı hərbçinin nəşini təhvil verib
Rusiya 1000 ukraynalı hərbçinin nəşini təhvil verib / Reuters
8 saat əvvəl

Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin nəşlərinin növbəti mübadiləsi baş tutub. Rusiya tərəfi 1000 ukraynalı əsgərin nəşini qarşı tərəfə təhvil verib, rəsmi Kiyev isə öz növbəsində 41 rus hərbçisinin meyitini geri qaytarıb. Bu barədə məlumatı Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Mərkəzi təsdiqləyib.

Ukrayna tərəfinin yaydığı rəsmi açıqlamada bildirilir ki, geri qaytarılan nəşlərin şəxsiyyəti müəyyən edildikdən sonra ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından başlayan və artıq dördüncü ilinə qədəm qoyan bu müharibə dövründə tərəflər arasında həlak olanların mübadiləsi prosesi müntəzəm olaraq həyata keçirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin ötən ay verdiyi məlumata görə, təşkilat hər ay orta hesabla 1000-ə yaxın nəşin mübadiləsinə vasitəçilik edir. Bununla belə, hələ də minlərlə həlak olan şəxsin kimliyinin müəyyənləşdirilmədiyi vurğulanır.

Xatırladaq ki, İkinci Dünya Müharibəsindən bəri Avropanın ən qanlı münaqişəsi hesab olunan bu müharibə yüz minlərlə hərbçinin ölümünə, milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə və ciddi mülki itkilərə səbəb olub.

Araşdırma
Hizbullah Livana qarşı son hücumlara cavab olaraq İsrailin şimalına raket zərbələri endirib
İran 10 maddəlik çərçivə sazişinin əsas bəndlərinin sülh danışıqlarından əvvəl pozulduğunu bildirib
İran: ABŞ 10 maddəlik sülh təklifini "prinsipial olaraq" qəbul etdi
İran Pakistanın Yaxın Şərq sülh danışıqlarındakı rolunun "kritik mərhələyə yaxınlaşdığını" bildirib
ABŞ və İsrail İranın hava limanlarına və şəhərlərinə ağır zərbələr endirib
İranın neft-kimya zavoduna cavab zərbələri İsraildə potensial sızmalara səbəb ola bilər
Qeyri-qanuni məskunlaşan israillilərin hücumlarından sonra Fələstin beynəlxalq fəaliyyətə çağırdı
Ukraynanın Luqanska hücumu nəticəsində onlarla mədənçi yerin altında qalıb
ABŞ və İran vasitəçilərin müşayiəti ilə 45 günlük atəşkəsi müzakirə edirlər
Qəzzalı xristianlar İsrailin atəşkəs pozuntularına baxmayaraq Pasxa bayramını qeyd edirlər
İsrail qüvvələri atəşkəsi pozmağa davam edir
ABŞ və İsrailin İrana hücumları nəticəsində 6 uşaq həyatını itirib
ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində 25 nəfər həyatını itirib
İran ABŞ-nin F-35 qırıcı təyyarəsini vurub?
Hüquqşünaslar İranın vurulmasının "müharibə cinayəti" ola biləcəyi barədə xəbərdarlıq ediblər
İndoneziyada 7.8 bal gücündə zəlzələ baş verib
''Hizbullah'' İsrail ordusunu 12 dəfə hədəf alıb
Tramp imkanlarının 'məhdudlaşdırıldığını' dedi, amma İran İsrailə raket hücumları həyata keçirdi
İranlı yüksək rütbəli rəsmi ABŞ və İsrailin birgə hücumunda ağır yaralanıb
Daxili işlər nazirləri İsrailin fələstinli məhbuslar üçün edam cəzası qanununu pisləyiblər