SİYASƏT
1 dəqiqə oxuma
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
Cared Kuşner bu barədə rəsmi internet səhifəsində paylaşım edib
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib
Rusiya və Ukrayna Avropanın danışıqlara qoşulması barədə razılığa gəlib / TRT Azerbaycan

ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşner Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərdən sonra hər iki tərəfin danışıqların sonrakı mərhələlərinə avropalı müttəfiqlərin qoşulması barədə razılığa gəldiyini açıqlayıb.

Cared Kuşner bu barədə rəsmi internet səhifəsində paylaşım edib.

“Hər iki tərəf avropalı tərəfdaşlarımızın danışıqların növbəti mərhələsinə daxil edilməsi barədə razılığa gəlib”, – deyə Cared Kuşner vurğulayıb.

Onun sözlərinə görə, Avropa ölkələrinin prosesə cəlb olunması Ukrayna ilə Rusiya arasındakı ərazi məsələlərinin, eləcə də Avropada müharibədən sonrakı dövr üçün daha geniş təhlükəsizlik mexanizmlərinin həllinə imkan yaradacaq.

Kuşner bildirib ki, müharibəyə son qoymaq və gələcəkdə yeni toqquşmaların qarşısını almaq üçün etibarlı təhlükəsizlik zəmanətləri, münaqişə əleyhinə mexanizmlər və tərəflərin gərginliyi azaltmaqla bağlı qarşılıqlı öhdəlikləri böyük əhəmiyyət kəsb edir.

Araşdırma