TÜRKİYƏ
1 dəqiqə oxuma
Ərdoğan: "Daha çox qarşıdurmanın region üçün daha çox itkidən başqa mənası yoxdur"
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana etdiyi səfərindən sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib
Ərdoğan: "Daha çox qarşıdurmanın region üçün daha çox itkidən başqa mənası yoxdur"
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana etdiyi səfərindən sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib

"(İran) ABŞ Prezidenti cənab Trampla bu məsələləri müzakirə etdim və narahatlıqlarımızı bildirdim. Sülh və diplomatiya qapısını açmaq üçün vasitəçi olmağa hazır olduğumuzu tərəflərə çatdırdıq"

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana etdiyi səfərindən sonra vətənə qayıdarkən təyyarədə verdiyi açıqlamalarda deyib.

ABŞ və İran arasındakı gərginliklə bağlı qiymətləndirmə aparan Ərdoğan deyib: "İrana qarşı yeni bir hücum dalğasının başladılmasını və regionumuzun daha çox qeyri-sabitliyə sürüklənməsini istəmirik. Problemlərin dialoq və diplomatiya yolu ilə həllinin mümkün olduğunu hər fürsətdə dilə gətiririk. Təəssüf ki, yenidən mənfi yöndə bir hərəkətliliyin olduğunu deyə bilərik. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. ABŞ Prezidenti cənab Trampla bu məsələləri müzakirə etdim və narahatlıqlarımızı bildirdim. Sülh və diplomatiya qapısını açmaq üçün dövrəyə girməyə hazır olduğumuzu tərəflərə çatdırdıq".

Sağlam düşüncənin hakim olacağına ümid etdiklərini bildirən Ərdoğan daha çox qarşıdurmanın region üçün daha çox itkidən başqa bir mənaya gəlmədiyini söyləyib.

Prezident Ərdoğan müharibənin səbəb olduğu ağır nəticələri yalnız münaqişə edən tərəflərin ödəmədiyini; Türkiyədən Körfəz ölkələrinə, İraqdan Suriyaya, Avropadan Asiyaya qədər çox geniş bir coğrafiyanın bu hadisələrdən təsirləndiyini də qeyd edib.