DÜNYA
1 dəqiqə oxuma
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gecədə Ukraynaya məxsus 660 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb / Reuters

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin bir gecədə Ukraynaya məxsus 660 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Nazirliyin iyunun 26-da dövlət tərəfindən idarə olunan "Max" platformasında yaydığı açıqlamada dronların paytaxt Moskva, ilhaq edilmiş Krım yarımadası, Qara dəniz və Azov dənizi də daxil olmaqla bir çox regionda məhv edildiyi bildirilib.

Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində hərəkət edən ən azı 47 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini diqqətə çatdırıb. Sobyanin rəsmi "Telegram" kanalında yaydığı bəyanatda itki və ya dağıntı barədə məlumat verməyib. O, mütəxəssislərin qalıqların düşdüyü ərazilərdə işlədiyini qeyd edib.

Moskvadan təxminən 180 kilometr cənubda yerləşən Tula vilayətinin qubernatoru Dmitri Milyayev də bölgədə "genişmiqyaslı" PUA hücumunun qeydə alındığını təsdiqləyib. Milyayevin sözlərinə görə, Şekino rayonundakı yaşayış məntəqələrindən birində bir evə ziyan dəyib və hadisə nəticəsində bir qadın yaralanıb.

Qeyd edək ki, Ukrayna son dövrlərdə Rusiyanın enerji infrastrukturunu hədəf alır. Rəsmi Kiyev bu addımlarla Rusiyanı mühüm maliyyə və gəlir mənbələrindən məhrum etməyi hədəfləyir.

Xatırladaq ki, Ukraynanın keçən həftə həyata keçirdiyi oxşar hücum nəticəsində Moskvanın cənub-şərqində yerləşən neft emalı zavodunda güclü yanğın baş vermişdi.

Araşdırma
Filippində məktəbdə baş verən atışmada üç nəfər ölüb, beş nəfər yaralanıb
Əhməd əş-Şəraa:"Suriya Livan böhranının həllinə fəal töhfə verməyə hazırdır''
Rusiya 522 ukraynalı əsgərin nəşini qaytarıb
Pakistan İran və ABŞ arasındakı anlaşma memorandumunu vasitəçi kimi imzalayıb
Sergey Sobyanin:''Ukrayna Moskvaya PUA zərbələri endirdi''
ABŞ "Grok" süni intellekt modelinin İrana qarşı hərbi əməliyyatlarda istifadə olunduğunu açıqladı
İtamar Ben-Qvir ABŞ-yə viza almaqda çətinlik çəkdi
Abbas Əraqçi: "İrana qarşı müharibənin bitməsinin ilkin şərti Livanda müharibənin bitməsidir"
Ukrayna Rusiyanın hücumlarından sonra BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib
Ukraynada Rusiyanın hücumları nəticəsində doqquz nəfər həlak olub
Şərif Ərdoğanın İran-ABŞ razılaşmasındakı "son dərəcə dəstəkləyici" rolunu alqışlayıb
Tramp tarixi İran razılaşmasını elan edərək Hörmüz boğazının dərhal açılacağını bildirib
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 3 fələstinli ölüb
ABŞ-nin Avropada NATO-ya ayırdığı təyyarə və hərbi gəmilərin sayını azaldacağı bildirildi
Çinin cənubunda güclü partlayış baş verb, ölən və yaralananlar var
BMT Qəzzada humanitar faciənin davam etdiyi barədə xəbərdarlıq edib
İran Hörmüz boğazını bütün gəmilər üçün bağladığını elan edib
ABŞ İrandakı bir çox hədəfə yeni və intensiv zərbələr endirib
İran ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına zərbələr endirib