TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan:"Bölgəmizdə tarix yenidən yazılır''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird Milli Parkı ərazisində keçirilən Anadolunun fəthinin 955-ci ildönümü mərasimində çıxış edib
Rəcəb Tayyib Ərdoğan:"Bölgəmizdə tarix yenidən yazılır''
Rəcəb Tayyib Ərdoğan:"Bölgəmizdə tarix yenidən yazılır''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird Milli Parkı ərazisində keçirilən Anadolunun fəthinin 955-ci ildönümü mərasimində çıxış edib.

Dövlət başçısı çıxışında ölkənin milli birliyinə və bölgədəki roluna diqqət çəkib:

"Bu torpaqlarda güclü olmaqdan başqa çarəmiz yoxdur. Millət olaraq çiyin-çiyinə dayanıb həmrəy olduğumuz zaman böyük uğurlar əldə etmişik. 955 il əvvəlki Malazgird zəfərini də məhz bu birlik sayəsində qazandıq. Lazım gələrsə hər şeydən imtina edərik, lakin vətənimizə, dövlətimizin və millətimizin gələcəyinə gəldikdə heç kimə baş əymərik".

"Terrorsuz Türkiyə" prosesinə də toxunan R.T. Ərdoğan Türkiyənin yürütdüyü sülhsevər siyasətlə bölgəyə istiqamət verdiyini vurğulayıb.

"Dost da, düşmən də bilsin ki, bölgəmizdə tarix yenidən yazılır. Türkiyə sülhsevər siyasəti ilə bölgəyə istiqamət verir. və artıq bunun qarşısını heç kim ala bilməz. Türkiyənin və türk millətinin mübarək yürüşünü dayandıra biləcəklərini zənn edənlər məğlub olacaqlar’’,-deyə R.T. Ərdoğan vurğulayıb.