SİYASƏT
2 dəqiqə oxuma
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
ABŞ-nin vitse-prezidenti bildirib ki, İranın nüvə silahı əldə etməməsi ABŞ-nin qırmızı xətlərinin ən prioritet olanıdır
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
Cey Di Vens (Foto: ARXİV) / Reuters
4 saat əvvəl

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens Pakistanda İran ilə aparılan danışıqlarda "böyük irəliləyiş" əldə olunduğunu söyləyib, lakin Hörmüz boğazının tamamilə yenidən açılmamasının müzakirələrin gedişatını "köklü bir şəkildə" dəyişdirə biləcəyi barədə xəbərdarlıq edib.

Vens aprelin 13-də “Fox News” telekanalına verdiyi müsahibədə "Sırf işlərin pis getdiyini söyləyə bilmərəm. Məncə yaxşı gedən şeylər də vardı. Çox irəliləyiş əldə etdik" deyib.

Vaşinqtonun danışıqlar zamanı müzakirə mövqeyini də dəqiqləşdirdiyini bildirən Vens bunlar arasında "Amerika Birləşmiş Ştatları Prezidentinin yaxşı bir razılaşma əldə etdiyini hiss etməsi üçün mütləq görülməsi vacib olan ünsürlərin" də yer aldığını ifadə edib.

Vens "Bundan sonrakı əsl sual, iranlıların kifayət qədər dəyişikliyə sahib olub-olmayacağı və işlərin həll olunması üçün görməli olduğumuz kritik nöqtələri qəbul edib-etməyəcəkləridir" deyə əlavə edib.

ABŞ-nin qırmızı xətləri soruşulduqda Vens belə cavab verib: "Amerika Birləşmiş Ştatları Prezidentinin söylədiyi ilkin mövzu; İran əsla nüvə silahına sahib ola bilməz. Buna görə də bütün qırmızı xətlərimiz bu təməl əsasdan qaynaqlanır".

ABŞ-nin İrandan Hörmüz boğazını yenidən açmaq istiqamətində addımlar atmağa davam etməsini gözlədiyini söyləyən Vens bunu qlobal iqtisadi sabitlik üçün kritik olaraq xarakterizə edib.

Vens "Gözləntimiz, iranlıların Hörmüz boğazını açmaq mövzusunda irəliləyiş əldə etməyə davam etmələridir; əgər etməsələr, bu vəziyyət onlarla apardığımız müzakirələri kökündən dəyişdirəcək" deyib.

“Top onların meydançasındadır”

Vens Vaşinqtonun İranın zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılması və Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq üçün ciddi yoxlama tədbirlərinin təmin edilməsi kimi əsas nüvə mövzularında "güzəştə getmək” fikrinə sahib olmadığını vurğulayıb.

"Zənginləşdirilmiş material İrandan kənara çıxarılmalıdır. Nüvə silahı inkişaf etdirməyəcəklərinə dair qəti vədlərini verməlidirlər" deyən Vens "topun artıq tamamilə onların meydançasında olduğunu" sözlərinə əlavə edib.

Vens "İranlıların necə müzakirə apardığına dair bəzi məlumatlar əldə etdiyimizi düşünürəm və Pakistandan qəti ayrılma səbəbimiz də bu idi" deyib.

"Oradakı komandanın razılaşmaya gələ bilmədiyini düşünürəm; ya dini liderdən, ya da başqa birindən bizim müəyyən etdiyimiz şərtlər üçün təsdiq almaq üzrə Tehrana geri qayıtmaq məcburiyyətində qaldılar" deyə əlavə etdi.

Qeyd edək ki, ABŞ və İran həftəsonu Pakistanın İslamabad şəhərində birbaşa görüşlər keçirdi, lakin görüşlər razılaşma olmadan sona çatdı. Görüşlər bu ayın əvvəllərində elan edilən iki həftəlik atəşkəsin ardından keçirildi.

Pakistanda keçirilən müzakirələr həllini gözləyən təməl fikir ayrılıqlarına baxmayaraq 1979-cu ildən bəri ABŞ və İran arasındakı ən yüksək səviyyəli təmas olaraq qeyd edilib.