SİYASƏT
1 dəqiqə oxuma
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Pasxa bayramı münasibətilə Ukrayna ilə təmas xəttində müvəqqəti atəşkəs elan edib
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib / Reuters
7 saat əvvəl

Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib.

Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Pasxa bayramı münasibətilə Ukrayna ilə təmas xəttində müvəqqəti atəşkəs elan edib. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, döyüş əməliyyatlarının dayandırılması barədə qərar 11 aprel saat 16:00-dan (GMT vaxtı ilə 13:00) 12 aprel tarixininin sonuna qədər qüvvədə olacaq.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişinə əsasən, müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova göstərilən müddət ərzində bütün cəbhə boyu hərbi əməliyyatları dayandırmaq tapşırılıb. Rəsmi Moskva Ukrayna tərəfinin də bu təşəbbüsə qoşulacağını və analoji qərar qəbul edəcəyini gözlədiyini bəyan edib.

Yayılan bəyanatda vurğulanıb ki, Rusiya qüvvələri atəşkəs rejimi dövründə qarşı tərəfdən gələ biləcək hər hansı təxribat və ya aqressiv hərəkətlərin qarşısını almağa tam hazır vəziyyətdə olacaqlar.