DÜNYA
1 dəqiqə oxuma
İranın keçmiş xarici işlər naziri ABŞ və İsrailin hücumları nəticəsində həlak olub
İranın rəsmi “Mehr” və “İSNA” agentliklərinin yaydığı məlumata görə, ölkənin keçmiş xarici işlər naziri Kamal Xarazi vəfat edib
İranın keçmiş xarici işlər naziri ABŞ və İsrailin hücumları nəticəsində həlak olub
İranın keçmiş xarici işlər naziri ABŞ və İsrailin hücumları nəticəsində həlak olub / AFP
6 saat əvvəl

İranın rəsmi “Mehr” və “İSNA” agentliklərinin yaydığı məlumata görə, ölkənin keçmiş xarici işlər naziri Kamal Xarazi vəfat edib. 81 yaşlı diplomatın ABŞ və İsrailin aprelin 1-də birgə həyata keçirdiyi hücumlar zamanı aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişdiyi bildirilir. Rəsmi mənbələr Xarazinin həyat yoldaşının da Tehrandakı evlərinə edilən hücum zamanı həlak olduğunu təsdiqləyib.

Kamal Xarazi diplomatik fəaliyyəti dövründə İranın BMT-dəki daimi nümayəndəsi olmuş, daha sonra isə 1997-2005-ci illərdə prezident Məhəmməd Xatəminin hökumətində xarici işlər naziri vəzifəsini tutmuşdur. O, son olaraq Xarici İşlər Nazirliyinin Strateji Xarici Əlaqələr Şurasına rəhbərlik edib.

Qeyd edək ki, fevralın 28-dən etibarən intensivləşən ABŞ-İsrail hücumları nəticəsində İranın ali dini lideri Əli Xamenei də daxil olmaqla, bir sıra yüksək vəzifəli hərbi və siyasi xadimlərin həyatını itirdiyi bildirilir.