TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Çağrı Bəy" qazma gəmisinin Somaliyə çatdığını bəyan edib
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq / AA
7 saat əvvəl

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Çağrı Bəy" qazma gəmisinin Somaliyə çatdığını bəyan edib. Nazir rəsmi sosial media hesabında etdiyi paylaşımda bu hadisəni Türkiyə ilə Somali arasında enerji sahəsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirib. Türkiyənin ölkə sərhədlərindən kənarda ilk xarici qazma kampaniyasına başladığını vurğulayan nazir bu tarixi missiyanın uğurla nəticələnməsini arzulayıb.

Dünyanın ikinci ən dərin dəniz quyusunu qazmağa hazırlaşan "Çağrı Bəy" gəmisi öz fəaliyyətini "Oruc Reis" tədqiqat gəmisinin apardığı seysmik işlər əsasında aparacaq. Belə ki, "Oruc Reis" gəmisi 234 gün davam edən missiyası çərçivəsində 4464 kvadrat kilometr ərazini tədqiq edərək potensial qazma sahələrini müəyyən edib. Toplanan məlumatların təhlilindən sonra yeddinci nəsil qazma gəmisi olan "Çağrı Bəy"in Moqadişo sahillərindən 372 kilometr məsafədə yerləşən "CURAD-1" quyusunda əməliyyatlara başlaması qərara alınıb.

Təxminən 288 gün davam edəcəyi gözlənilən əməliyyata 500 nəfərlik heyət cəlb olunub. Enerji donanmasına aid üç köməkçi gəminin müşayiət etdiyi prosesin təhlükəsizliyini isə Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölmələri təmin edəcək.