Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi internet səhifəsində etdiyi paylaşımda Venesuelada baş verən zəlzələlər nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib. Dövlət başçısı paylaşımında Venesuelada qeydə alınan iki ardıcıl zəlzələ nəticəsində həyatını itirənlərin kədərini bölüşdüyünü bildirib. O, dost Venesuela xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və xəsarət alanlara şəfa diləyib.
Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin bu çətin günlərdə venesuelalı dostlarının yanında olduğunu və onlara dəstək verməyə hazır olduğunu vurğulayıb.


















