TÜRKİYƏ
2 dəqiqə oxuma
Dünya Çempionatı ərəfəsində Los-Ancelesdə "Turkish Vibe Zone" turniri start götürür
"Turkish Vibe Zone" turnirində futbol coşqusu, ənənəvi qastronomiya ləzzətləri, konsertlər yer alacaq
Dünya Çempionatı ərəfəsində Los-Ancelesdə "Turkish Vibe Zone" turniri start götürür
2026 FİFA Dünya Çempionatı

Dünyanın diqqət mərkəzində olan FIFA Dünya Çempionatı builki turnirdə təkcə futbolla deyil, həm də möhtəşəm bir mədəniyyət proqramı təqdimatı ilə adından söz etdirməyə hazırlaşır. Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərindəki məşhur “Qloriya Molina Qrand” parkı Türkiyənin möhtəşəm tədbirinə ev sahibliyi edəcək.

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyəylə Əlaqələr İdarəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində, 18–26 iyun tarixlərində 3050 kvadratmetrlik geniş bir sahədə “Türkiye is Here” (Türkiyə buradadır) şüarı ilə "Turkish Vibe Zone" yaradılır. 18 iyun cümə axşamı günü qurulma işləri tamamlanaraq fəaliyyətə başlayacaq bu nəhəng sahə həm futbolsevərləri, həm də Los-Anceles sakinlərini qəbul edəcək.

 

Futbol coşqusu canlı yayımlarla nəhəng ekranda

"Turkish Vibe Zone" Dünya Çempionatında Türkiyə milli komandasının nümayiş etdirəcəyi mübarizələrin izlənilə biləcəyi bir mərkəz olacaq. Ərazidə qurulacaq səhnə və nəhəng ekran sayəsində turnir həyəcanı canlı yayımlarla anbaan Los-Ancelesin mərkəzində nümayiş etdiriləcək.

 

Mediya və rəqəmsal dünyanın nəbzi burada vuracaq

Tədbir sahəsi təkcə oyunu izləmək məkanı olmaqdan əlavə, beynəlxalq mediya bazası kimi layihələndirilib. Ərazidə qurulacaq "VIP & Media Hub" (Mətbuat Mərkəzi) dünya mətbuatı ilə yerli mediyanın inteqrasiyasını təmin edəcək. Beləliklə, sözügedən mərkəz müsahibələrə və xüsusi yayımlara ev sahibliyi edəcək. Bundan başqa, müasir Məzmun Studiyası fərqli çəkiliş imkanları yaradacaq.

 

Qastronomiyadan incəsənətə qədər tamamilə bir Türkiyə təcrübəsi

"Turkish Vibe Zone" sadəcə oyun izləmə məntəqəsi olmaqla kifayətlənməyib, ziyarətçilərinə zəngin məzmun müxtəlifliyi ilə tam bir Türkiyə təcrübəsi bəxş edəcək. Tədbirin qastronomiya sahəsində Türkiyə mətbəxinin dünyaca məşhur ləzzətləri və ənənəvi təamları yerli sakinlərə, eləcə də beynəlxalq ziyarətçilərə təqdim olunacaq.

Bu tədbir sayəsində brend markalar və sponsor brendlər qurulan xüsusi stendlərdəki interaktiv fəaliyyətlərlə özlərini qlobal vitrinə çıxarmaq fürsəti əldə edəcəklər. Turnir müddətində keçiriləcək coşqulu konsertlər, sənətçilərin canlı çıxışları və xüsusi şoular Los-Anceles küçələrində Türkiyə ab-havası yaşadılacaq. Eyni zamanda bu nəhəng təşkilatdan özünə unudulmaz xatirələr saxlamaq istəyən ziyarətçilər ərazidə yer alacaq foto-kabinalarda xoş vaxt keçirərək bu bənzərsiz anları əbədiləşdirə biləcəklər.

Los-Ancelesdə 18 iyun cümə axşamı günü qapılarını açacaq "Turkish Vibe Zone" iyunun 26-dək fəaliyyət göstərəcək.

MƏNBƏ:TRT