İran Silahlı Qüvvələrinin Baş Qərargahı Fars körfəzi dövlətlərini ABŞ-nin İrana qarşı ehtimal edilən hərbi əməliyyatlarına ehtimal olunan hər hansı yardımı etməkdən çəkinməyə çağırıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Abdullah Abdullahi region ölkələrini Vaşinqtonun təcavüzkar planlarına şərait yaratmamaq barədə xəbərdar edib: "Təcavüzkar ABŞ ordusuna göstərilən hər hansı kömək və ya yaradılan şərait Amerika hərbi qüvvələri ilə birbaşa əməkdaşlıq kimi qiymətləndiriləcək".
Baş Qərargahın bəyanatında qeyd olunub ki, Fars körfəzinin cənub sahilində yerləşən ölkələr öz ərazilərinin İrana qarşı istifadəsinə icazə verməyəcəklərini bildirsələr də, Tehran regiondakı hərbi aktivliyi diqqətlə izləyir.
Açıqlamada xüsusilə vurğulanıb ki, çoxsaylı ABŞ hərbi təyyarələrinin, o cümlədən havada yanacaqdolduran təyyarələrin bölgədəki bazalarda cəmləşməsi ev sahibi olan ölkələrin xəbəri olmadan mümkün deyildir.
İran tərəfi bir daha bəyan edib ki, region dövlətləri ABŞ-nin İrana qarşı yönəlmiş ehtimal olunan hərbi əməliyyatlarında heç bir platformada logistik və ya strateji dəstək verməməlidirlər.




















