DÜNYA
1 dəqiqə oxuma
M.Zaxarova Türkiyənin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirdiklərini bildirib
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya ilə Ukrayna arasında Qara dənizdə hərbi fəaliyyətlərə moratorium qoyulması təklifinə münasibət bildirib
M.Zaxarova Türkiyənin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirdiklərini bildirib
M.Zaxarova Türkiyənin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirdiklərini bildirib

Rusiya Türkiyənin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirdiklərini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya ilə Ukrayna arasında Qara dənizdə hərbi fəaliyyətlərə moratorium qoyulması təklifinə münasibət bildirib.

Zaxarova vurğulayıb ki, rəsmi Moskva mühüm regional aktora çevrilən Türkiyənin sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirir.

Mətbuat katibi Moskvanın əvvəlki "Qara Dəniz Təşəbbüsü"nə qayıtmağı məqsədəuyğun hesab etmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, razılaşmanın icrası üçün qarşı tərəf də müvafiq addımlar atmalı idi, lakin bu öhdəliklər yerinə yetirilməyib.

Zaxarova Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Qara dəniz akvatoriyasında mülki gəmilərə qarşı müntəzəm hücumlar təşkil etdiyini irəli sürüb. O, bu addımların Qara dənizdə mülki dəniz daşımalarını təhlükəyə atmaq üçün bilərəkdən atıldığını bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov da verdiyi müsahibədə Türkiyənin Qara dənizdə sabitliyin tərəfdarı olduğunu təsdiqləyib.