Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus təyyarənin Tehrana növbəti səfərini reallaşdırdığı iddia olunur. Mərkəzi İranda yerləşən "Fars" xəbər agentliyinin yaydığı məlumata görə, hökumət rəsmilərinin istifadə etdiyi sözügedən təyyarə dünən Tehran istiqamətində uçuş həyata keçirib. Bildirilir ki, eyni təyyarə avqustun 11-də də Tehrana səfər edib və orada təxminən bir saat qaldıqdan sonra geri — BƏƏ-yə qayıdıb. Təyyarənin Tehrana reallaşdırdığı bu qısamüddətli səfərlərin məqsədi və göyərtəsində kimlərin olduğu barədə BƏƏ hakimiyyəti tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib.
TÖVSİYƏ EDİLƏN
























