DÜNYA
1 dəqiqə oxuma
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
İsrail rəsmisi Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında avqustun 7-də imzalanan "Məkkə Müdafiə Sazişi"nin ölkəsinə qarşı yönəldiyini irəli sürüb
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
7 avqustda imzalanan Məkkə Birgə Müdafiə Sazişi İsraili narahat edir

İsrail rəsmisi Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında avqustun 7-də imzalanan "Məkkə Müdafiə Sazişi"nin ölkəsinə qarşı yönəldiyini irəli sürüb.

"Yedioth Ahronot" qəzetinə müsahibə verən və adı açıqlanmayan İsrail rəsmisi bu sazişin Təl-Əvivdə ciddi narahatlıq doğurduğunu bildirərək, bunun İsrailə qarşı qurulmuş bir ittifaq olduğunu vurğulayıb. Sazişin regionda daha geniş geosiyasi dəyişikliklərdən xəbər verdiyini deyən rəsmi İsrailin Yunanıstan, Kipr, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə alternativ ittifaqlar qurmasının vacibliyini qeyd edib. O, həmçinin İsrailin başqa ölkələri özündən asılı vəziyyətə gətirəcək "çox güclü hərbi gücləndirmə proqramı" həyata keçirməli olduğunu bildirib.

Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail üçün ciddi narahatlıq mənbəyi olduğunu vurğulayan rəsmi bu məsələni "təhlükəli" kimi dəyərləndirib.

İsrailin Diaspor naziri Amixay Çikli də ‘‘Məkkə Müdafiə Sazişin’’dən narahatlığını dile gətirərək Səudiyyə Ərəbistanının Türkiyə ilə əməkdaşlıq etməsini İsrail üçün "çox mənfi bir inkişaf" adlandırıb.